İncəsənət və Bilik Mərkəzi qarşısına qoyduğu missiyasını həyata keçirtmək üçün dəyər və keyfiyyətə əsaslanan, beynəlxalq və yerli standartlar əsasında müxtəlif xidmətlər təklif edir:
• Dayə xidməti (2+)
• Erkən inkişaf proqramı (3-5 yaş)
• Məktəbə hazırlıq (5-6 yaş)
• İbtidai sinif hazırlığı (1-4-cü siniflər)
• Xarici dil
• Fənn hazırlıqları
• Robototexnika
• Rəsm
• Piano
• Gitara
• Rəqs
• Gimnastika
• Şahmat
Xidmətlərimiz haqqında ətraflı məlumat almaq üçün mərkəzimiz ilə əlaqə saxlamaq və ya aşağıda göstərilən məlumatla tanış olmağınız tövsiyyə olunur:
Sosial-emosional inkişaf
Sosial və emosional inkişaf: erkən yaşlarda uşaqlar həyatlarının ən böyük sosial- emosional təcrübələrini yaşayırlar. Bu, onların sosial bacarıqlarını, əlaqə qurmaq, əlaqələrin dəyərini öyrənmək və başqaları ilə birlikdə əməkdaşlıq etmək bacarıqlarını, özünə inam, empati hissinin inkişaf etdirmələrinə kömək edir. Bunun üçün Mərkəzimiz sizə aşağıdakıları təklif edir:
- Erkən uşaq inkişaf proqramı
- Rəsm
- Rəqs
- Montessori metodu ilə öyrənmə
- Piano dərsləri
- Müxtəlif musiqi alətlərində ifalar
Xidmətləri seçmədən öncə mərkəzimiz ilə əlaqə saxlayıb ətraflı məlumat almaq və ya aşağıdakı məlumatla tanış olmağınız tövsiyyə olunur:
İdrak inkişafı
İdrak inkişafı: bu inkişaf sahəsi problem həlli, məsələyə tənqidi yanaşma, qərar vermə bacarığı, təxəyyülün inkişafı, bilik və baraqıların formalaşmasına xidmət edir. Bunun üçün Mərkəzimiz sizə aşağıdakıları təqdim edir:
- İbtidai sinif hazırlıqları
- Məktəbəhazırlıq qrupları
- Erkən uşaq inkişaf proqramı
- Montessori metodu ilı öyrənmə
- Riyaziyyat
- Şahmat
Dil və nitq
Erkən yaşda öyrənmənin təxmini 80% şifahi nitq vasitəsilə baş verir. Ona görə dinləmə, diqqət, diqqəti cəmləmə vacib bacarıqlardır. Bu bacarıqlar səslər, oxu haqqında məlumatlılıq üçün, oyun, sosiallaşma, kommunikasiya ə öyrənmə vaxtı önəm daşıyır. Bu bacarıqlar uşaqlara müxtəlif nağıl və hekayələr oxuyaraq, oxu vaxtı müxtəlif açıq tipli suallar verərək onların analitik düşünmə tərzini inkişaf etdirməyə kömək edir. Mərkəzimiz bu sahənin inkişafı üçün aşağıdakıları təqdim edir:
- Oxu saatı
- Müxtəlif kitab evləri ilə olan layihələr
- Rus dili
- İngilis dili
- Azərbaycan dili
Fiziki inkişaf
Fiziki inkişaf: kiçik və böyük motor bacarıqlarının inkişafı sağlamlıq, idrak inkişafı, özünə qulluq kimi sahələrin inkişafını dəstəkləyir. Bunun üçün Mərkəzin təqdim etdiyi sahələr:
- Gimnastika
- Rəqs
- Erkən uşaq inkişaf proqramı
Mərkəz həmçinin valideynləri də unutmadı. Xidmətlər:
- Valideynlər üçün övladlarının yaş psixologiyasına uyğun inkişaf, bilik və bacarıqların formalaşması ilə bağlı mütəxəssislərin seminarları
- Saatlıq dayə xidməti (2 yaş və yuxarı)