Bizim missiyamız sosial-emosional, idrak, fiziki inkişafa xidmət edən yeni və yaradıcı metodlara əsaslanan öyrədici mühit qurmaq və bu mühitdən bəhrələnən hər kəsin təhsil, həyat və cəmiyyətdə uğur qazanmasına zəmin yaratmaqdır.
İncəsənət Bilik Mərkəzi 2022-ci ilin iyun ayında fəaliyyət başlayıb. Mərkəz bir il bundan əvvəl başqa adla və yalnız incəsənət yönümlü olsa da, artıq incəsənətlə yanaşı uşaqların erkən yaşlarından başlayaraq inkişafı və öyrənməsi üçün qeyri-formal üsullarla təhsil komponenti də əlavə edilmişdir.
İncəsənət və Bilik Mərkəzi qarşısına qoyduğu missiyasını həyata keçirtmək üçün dəyər və keyfiyyətə əsaslanan, beynəlxalq və yerli standartlar əsasında müxtəlif xidmətlər təklif edir:
• Dayə xidməti (2+)
• Erkən inkişaf proqramı (3-5 yaş)
• Məktəbə hazırlıq (5-6 yaş)
• İbtidai sinif hazırlığı (1-4-cü siniflər)
• Xarici dil
• Fənn hazırlıqları
• Robototexnika
• Rəsm
• Piano
• Gitara
• Rəqs
• Gimnastika
• Şahmat
Xidmətlərimiz haqqında ətraflı məlumat almaq üçün mərkəzimiz ilə əlaqə saxlamaq və ya aşağıda göstərilən məlumatla tanış olmağınız tövsiyyə olunur:
077 730 02 30
info@ibm.edu.az